Xankəndi, 26 fevral, ARHD.AZ


Xankəndidə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib


Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

ARHD.AZ -ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Xocalı faciəsinin şahidləri, şəhidlərin doğmaları o dəhşətli gecədən danışıb, erməni vəhşiliklərindən söz açıblar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Səbuhi Qəhrəmanov Xocalı soyqırımının bəşər tarixində ən ağır faciələrdən biri olduğunu bildirib, soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması sahəsində aparılan genişmiqyaslı işləri tədbir iştirakçılarının nəzərinə çatdırıb. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını qaldırdığını, Xocalı faciəsi qurbanlarının qisasının döyüş meydanında alındığını vurğulayıb.

Anım mərasimində Xocalı soyqırımına həsr olunan videoçarx nümayiş etdirilib.

Baxış sayı: 2 379

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə