Respublika üzrə fevral ayının pensiya ödənişi yekunlaşıb

Bakı, 25 fevral, ARHD.AZ


Respublika üzrə fevral ayının pensiya ödənişi yekunlaşıb


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə fevral ayının pensiya ödənişini yekunlaşdırıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ARHD.AZ-a verilən məlumata görə, fevralın 11-də Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin fevral ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Qeyd edək ki, 2025-ci il yanvarın 1-dək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilərək artırılıb, habelə fevralın 1-dən minimum pensiya artırılaraq 280 manatdan 320 manata çatdırılıb.

Fevral ayının pensiyaları yeni artımlarla birgə ödənilib, həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunub.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankomatlardan əldə edə bilərlər.

Baxış sayı: 7 743

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə