Yanvar ayında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 109 milyon dollardan çox olub

Tbilisi, 23 fevral, ARHD.AZ



Yanvar ayında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 109 milyon dollardan çox olub


Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi artmaqda davam edir. Cari ilin yanvar ayında iki ölkə arasında ticarət dövriyyəsi 109 milyon dolları keçib.

ARHD.AZ xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, 2025-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 2 milyard 8 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,3 faiz artım deməkdir.

Yanvar ayı ərzində Gürcüstanın əsas ticarət tərəfdaşları arasında ABŞ, Birləşmiş Krallıq və Rusiya ön planda yer alır. Azərbaycan isə 109 milyon dollarla altıncı sırada qərarlaşıb. Bu, Gürcüstan ilə Azərbaycan arasında güclü iqtisadi əlaqələrin davam etdiyini və iki ölkə arasında ticarət əməkdaşlığının inkişaf etdiyini göstərir.

Qeyd edək ki, 2024-cü ildə Gürcüstanın xarici ticarət dövriyyəsi 23,4 milyard dollar olub.

Baxış sayı: 4 345

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə