DİN: Yollarda təhlükəsizliyin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir

Bakı, 23 fevral, ARHD.AZ


DİN: Yollarda təhlükəsizliyin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir


Yollarda təhlükəsizliyin təmin edilməsi istiqamətində Baş DYP İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ARHD.AZ-a bildiriblər ki, əlverişsiz hava şəraitində yollarda hərəkət edən nəqliyyat vasitələrinin qış şəraitinə uyğunluğu Baş DYP İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq yoxlanılır.

Bu yoxlamalar avtomobillərin qış şəraitində təhlükəsiz hərəkətini təmin etmək məqsədi daşıyır.

Texniki baxımdan təhlükəli hesab olunan avtomobillər hərəkətdən kənarlaşdırılır. Bu, yolda baş verə biləcək qəza risklərinin minimuma endirilməsinə xidmət edir.

Sürücülərdən xahiş edilir ki, avtomobillərinin qış tələblərinə uyğun hazırlandığına əmin olsunlar. Qış təkərlərinin, əyləc sisteminin, işıqlandırmanın və digər təhlükəsizlik avadanlıqlarının vəziyyətini mütəmadi olaraq nəzarətdə saxlasınlar.

Baxış sayı: 5 440

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə