Avropanın yüksək dövlət borclu ölkələri məlum olub

Bakı, 21 fevral, ARHD.AZ


Avropanın yüksək dövlət borclu ölkələri məlum olub


Avropa İttifaqına üzv ölkələrin cəmi dövlət borcu ümumi daxili məhsulun (UDM) 81,5 faizinə bərabərdir.

ARHD.AZ xəbər verir ki, məlumatı Avropa Statistika Ofisi (Avrostat) açıqlayıb. Qurumun statistikasına görə 6 ölkənin dövlət borcu ÜDM-in 100 faizini ötüb.

Ən yüksək borc səviyyəsi Yunanıstanda qeydə alınıb. Burada dövlət borcu ÜDM-in 163,6 faizinə bərabərdir. Növbəti yerləri İtaliya (137 faiz), Fransa (112,2 faiz), Belçika (108 faiz), İspaniya (105,3 faiz) və Portuqaliya (100,6 faiz) bölüşür.

İl ərzində İttifaq ölkələrinin ümumi dövlət borcu 1 faizədək artıb.

Baxış sayı: 6 550

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə