
Bakı, 20 fevral, ARHD.AZ
AİB ilə Azərbaycan dəmiryolunun yeni istiqamətləri üzrə əməkdaşlıq müzakirə edilib
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Asiya İnkişaf Bankının (AİB) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camalla görüşüb.
ADY-dən ARHD.AZ -a bildirilib ki, görüşdə iki qurum arasında səmərəli tərəfdaşlıq münasibətləri və AİB-in Azərbaycanın dəmiryol infrastrukturunun inkişafına dəstəyi yüksək qiymətləndirilib. Həmçinin AİB-in dəstəyi ilə həyata keçirilən Azərbaycan dəmiryol sisteminin rəqəmsallaşdırılması, Sumqayıt–Yalama dəmiryol xəttinin bərpası kimi layihələr və yeni istiqamətlərdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.