Xankəndidə təşkil olunan kurslarda 400 müdavim yeni peşələrə yiyələnib

Bakı, 18 fevral, ARHD.AZ


Xankəndidə təşkil olunan kurslarda 400 müdavim yeni peşələrə yiyələnib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Xankəndi şəhərində təşkil olunan peşə hazırlığı kursları davam edir.

Nazirliyin mətbuat xidmətindən ARHD.AZ-a verilən məlumata görə, hazırda ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdən artıq 400 müdavim tikiş avadanlıqlarının operatoru, tikişçi və yükdaşıma mütəxəssisi peşələri üzrə kursları başa vurub və onlar işğaldan azad olunan ərazilərə köçürüləcək.

Nəzəri və praktik hissələrdən ibarət olmaqla ikinövbəli təşkil olunan kursları uğurla başa vuran şəxslərin Xankəndi şəhərində istifadəyə verilən tikiş fabrikində işlə təminatı həyata keçirilir.

Hazırda daha 29 nəfərin “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə tədrisi davam etdirilir və yaxın günlərdə daha bir qrup şəxs üçün peşə kursuna başlanılması nəzərdə tutulur.

Baxış sayı: 5 454

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə