ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Konqresə təqdim etdiyi son hesabatda İrandakı hərbi əməliyyatların ilk həftəsinin maliyyə xərcləri və texniki itkiləri barədə yekun rəqəmlər yer alıb.


“ARHD.AZ” “The New York Times” qəzetinə istinadən xəbər verir ki, ABŞ ordusu İrandakı əməliyyatın cəmi bir həftəsi ərzində 6 milyard dollardan çox vəsait xərcləyib.


Nəşr yazır ki, bu məbləğin 4 milyard dolları sırf İranın raket hücumlarını dəf etmək üçün istifadə olunan hava hücumundan müdafiə sistemlərinin sursatlarına sərf edilib.


Bildirilib ki, Ağ Ev administrasiyasının yaxın günlərdə hərbi xərcləri qarşılamaq üçün Konqresdən əlavə maliyyə paketi istəyəcəyi gözlənilir.


Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıblar.

Baxış sayı: 2 775

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə