Yaponiya hökuməti əhalinin azalması ilə mübarizə çərçivəsində Baş nazir Sanae Takaiçinin rəhbərliyi altında xüsusi qərargah yaradıb.


ARHD.AZ  bu barədə "Kyodo" agentliyinə istinadən xəbər verir.


Məlumata görə, qərargah doğum nisbətinin artırılmasından və ailələrin dəstəklənməsindən tutmuş regionların inkişafının stimullaşdırılmasına qədər demoqrafik sahədə tədbirlərin həyata keçirilməsini koordinasiya edəcək. Hazırda bu məsələlərlə bir neçə qurum məşğul olur.


"Hər kəsin seçilmiş bölgədə yaşamağa davam etməsi üçün biz əhalinin azalması ilə mübarizə tədbirlərini hərtərəfli şəkildə təşviq edəcəyik", - deyə Takaiçi bildirib.


Baş nazir, həmçinin sosial təminat islahatlarının təşviq edilməsini, səhiyyə, nəqliyyat və kommunal infrastrukturun rəqəmsallaşdırılmasını tələb edib.


Qeyd edilir ki, ötən il Yaponiyada 700 000-dən az insan doğulub ki, bu da 1899-cu ildə qeydiyyata başlanıldığı vaxtdan bəri ən aşağı göstəricidir. 65 yaşdan yuxarı yaponların nisbəti rekord həddə - ümumi əhalinin 29.4 faizinə çatıb. Bu göstəriciyə əsasən, gündoğar ölkə dünyada birinci yerdədir.

Baxış sayı: 2 779

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə