"Ermənistan Sünik ərazisindən keçən "Tramp marşrutu"nun (TRIPP) ABŞ-yə icarəyə verilməsinin iki ssenarisini müzakirə edir - 49 və ya 99 il".
ARHD.AZ Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda regional təhlükəsizlik konfransında bəyan edib.
Əvvəlcə, avqustun 8-də Vaşinqtonda müvafiq bəyannamə imzalanarkən, söhbət 99 illik icarə müddətindən gedib.
Paşinyan bildirib ki, sözügedən müddətlər investisiyalar və onların geri qaytarılması ilə bağlıdır. Belə ki, investorun yatırdığı vəsaiti müəyyən mənfəətlə geri alacağına dair təminat olmalıdır.
Paşinyan qeyd edib ki, Ermənistan bu müzakirələrdə siyasi komponent görmür - bunlar sırf maliyyə-iqtisadi xarakterli məsələlərdir. İcarə müddətləri yalnız investisiyaların hansı müddətdə özünü doğruldacağından asılıdır.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri münaqişənin sülh yolu ilə həllinə dair birgə Bəyannamə imzalayıblar. ABŞ prezidenti bildirib ki, Ermənistan Azərbaycanın Naxçıvanla quru əlaqə yaratmaq istədiyi 741 marşrutunun (Ermənistan qanunvericiliyi əsasında fəaliyyət göstərəcək) inkişafı üçün Birləşmiş Ştatlara uzunmüddətli eksklüziv hüquqlar verəcək. ABŞ torpağı infrastruktura və idarəetməyə məsul olan konsorsiuma subicarəyə verməyi planlaşdırır.






















