Avropa Komissiyası “Google” şirkətinin media nəşriyyatlarının məzmununu axtarış nəticələrində bilərəkdən gerilətməsi ilə bağlı rəsmi araşdırmaya start verib.


ARHD.AZ-ın  məlumatına görə, Komissiyanın açıqlamasında bildirilir ki, araşdırmanın əsas məqsədi “Google”un axtarış sistemində media saytlarına bərabər və ayrı-seçkiliksiz çıxış imkanı verib-vermədiyini müəyyənləşdirməkdir.


İddiaya görə, şirkət öz dominant mövqeyindən istifadə edərək, xəbər və digər nəşriyyat saytlarının reytinqini aşağı sala bilər. “Google” isə bu siyasətin məqsədinin axtarış nəticələrində manipulyasiyanın qarşısını almaq olduğunu bildirir.


Avropa Komissiyası araşdırma çərçivəsində bu siyasətin nəşriyyatların gəlirlərinə və biznes azadlıqlarına təsirini də qiymətləndirəcək.


Qurumun açıqlamasında vurğulanıb ki, araşdırmaya başlanması “Google” tərəfindən qayda pozuntusu edildiyi anlamına gəlmir. Lakin uyğunsuzluq təsdiqlənərsə, “Alphabet” şirkətinə ilkin nəticələr təqdim olunacaq və müvafiq tədbirlər təklif ediləcək.


Qayda pozuntusu sübuta yetirildiyi halda, şirkət illik qlobal dövriyyəsinin 10 faizinədək məbləğdə cərimə oluna bilər. Təkrarlanan hallarda isə bu rəqəm 20 faizə qədər yüksələ bilər.

Baxış sayı: 2 884

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə