Ukrayna Prezidenti Volodimir Zelenskinin Milad bayramınadək ya öldürüləcəyi, ya da gizli sığınacaqlarından birinə qaçacağı ehtimal edilir.


ARHD.AZ  xəbər verir ki, bu iddianı ABŞ-nin keçmiş dövlət katibi Kolinq Pauellin aparat rəhbəri, ehtiyatda olan polkovnik Lourens Uilkerzon “RIA Novosti”yə müsahibəsində səsləndirib.


Onun sözlərinə görə, Zelenski yaxın ətrafındakı oliqarxların və tərəfdarlarının dəstəyini itirəcək:


“Bu halda isə ya gizlənəcək, ya da aradan götürüləcək. Məncə, bu hadisələrdən biri Miladadək baş verəcək. Zelenskinin bundan artıq dözə biləcəyinə inanmıram”.


Xatırladaq ki, bundan əvvəl Pentaqonun sabiq müşaviri Duqlas Makqreqor da Zelenskinin Polşaya qaçış planı hazırladığını iddia etmiş, Rusiya Dövlət Dumasında isə onun Britaniya kəşfiyyatı tərəfindən aradan götürülməsi ehtimalı irəli sürülmüşdü.

Baxış sayı: 2 884

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə