Çin ABŞ-dən idxal olunan mallara tətbiq edilən əlavə 24 faizlik rüsumları bir il müddətinə dayandıracaq. Bu zaman qüvvədə yalnız 10 faizlik tariflər qalacaq.
ARHD.AZ xəbər verir ki, bu barədə məlumatı "Reuters" Çin Nazirlər Kabinetinin bəyanatına istinadla yayıb.
ÇXR Tarif Komissiyası isə elan edib ki, noyabrın 10-dan etibarən ABŞ-nin kənd təsərrüfatı mallarına tətbiq edilən 15 faizlik rüsumları ləğv etmək niyyətindədir.
Çin Maliyyə Nazirliyi bəzi rüsumların dayandırılmasını ÇXR-ABŞ iqtisadi-ticari münasibətlərinin sabit inkişafı və qlobal rifah üçün ilkin şərt adlandırıb.
Xatırladaq ki, oktyabrın 30-da Cənubi Koreyanın Pusan şəhərində ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Tramp arasında danışıqlar aparılıb. Görüşün yekunlarına əsasən, tərəflər ticarət sazişi ilə bağlı razılığa gəliblər. Vaşinqton Çin mallarına "fentanil tarifini" 10 faiz (47 faizə qədər) azaldıb. Üstəlik, Çin mallarına 24 faizlik qarşılıqlı rüsumlar bir il müddətinə dayandırılıb.






















