Livanın cənubunda İsrail ordusunun PUA-larının hücumu nəticəsində "Hizbullah" hərəkatının komandirlərindən biri öldürülüb.


ARHD.AZ  xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.


"Hizbullah" hərbi rəhbərliyinin üzvü Livanın cənubunda İsrailin PUA hücumu nəticəsində öldürülüb. Dronun vurduğu avtomobildə hərəkatın komandiri olub. Hadisə Beyrutdan 70 km aralıda yerləşən Nabatiya şəhərində baş verib. Raket avtomobilə dəyib, yanğın başlayıb və içəridə olan "Hizbullah"çı aldığı xəsarətlərdən ölüb", - xəbərdə bildirilir.

Baxış sayı: 2 606

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə