ABŞ Senatı şatdaunun başa çatması üçün zəruri olan federal hökumətin maliyyələşdirilməsinin davam etdirilməsi haqqında qanun layihəsini artıq 12-ci dəfə qəbul edə bilməyib.


ARHD.AZ  xəbər verir ki, bu barədə CBS məlumat yayıb.


Sənədi 54 konqresmen dəstəkləyib, daha 46-sı isə əleyhinə çıxış edib. Qanun layihəsinin təsdiqlənməsi üçün ən azı 60 səs tələb olunurdu.


Xatırladaq ki, oktyabrın əvvəlindən respublikaçılar və demokratlar arasında səhiyyə də daxil olmaqla büdcənin əsas xərc maddələri üzrə fikir ayrılıqları səbəbindən şatdaun hələ də davam edir.


Hazırkı şatdaun, Donald Trampın ilk prezidentlik müddətinə təsadüf edən 2018-ci ilin sonunda və 2019-cu ilin əvvəlində baş verən 35 günlük maliyyələşdirmə fasiləsindən sonra müddətinə görə ikinci olub.

Baxış sayı: 3 182

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə