ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə planlaşdırılan görüşün Vaşinqton tərəfindən ləğv edildiyini açıqlayıb.


ARHD.AZ -ın məlumatına görə, Tramp bu barədə NATO-nun Baş katibi Mark Rutte ilə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən danışıb.


“Bunu düzgün hesab etmədim”, – deyə Tramp görüşün ləğv səbəbi barədə bildirib.


Prezident əlavə edib ki, Rusiyanın iki böyük neft şirkətinə qarşı sanksiyaların sərtləşdirilməsi qərarı da təsadüfi deyil. Onun sözlərinə görə, bu addımın vaxtı artıq yetişmişdi.


Tramp, həmçinin, yeni neft sanksiyalarının Vladimir Putini düşünməyə vadar edəcəyinə ümid etdiyini vurğulayıb.

Baxış sayı: 2 988

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə