Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin 9 yüksəkrütbəli hərbçini vəzifəsindən azad edib.


ARHD.AZ xəbər verir ki, bu barədə "The Wall Street Journal" Çin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.


Məlumata görə, Çin lideri orduda korrupsiya və sədaqətsizliyə qarşı mübarizəni gücləndirmək məqsədi ilə ölkənin ikinci ən yüksək rütbəli generalını və digər səkkiz hərbçini istefaya göndərib.


Qeyd olunur ki, ölkənin çox nüfuzlu generallarından biri Xe Veydun da ordudan uzaqlaşdırılıb. Onun işdən çıxarılmasına səbəb kimi ciddi intizam pozuntuları və vəzifə səlahiyyətlərindən sui-istifadə göstərilib.

Baxış sayı: 2 987

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə