Rumıniya parlamentində xarici sərmayələrin təşviqinə yönəlmiş “qızıl viza” proqramına dair qanun layihəsi müzakirəyə təqdim olunub.


“ARHD.AZ”ın məlumatına görə, layihə Avropa İttifaqı xaricindən olan vətəndaşlara ölkədə ən azı 400 min avro məbləğində sərmayə yatırmaqla 5 illik müvəqqəti yaşayış icazəsi verilməsini nəzərdə tutur.


Sərmayə müxtəlif sahələrə — dövlət istiqrazları, daşınmaz əmlak və şirkət səhmlərinə yönəldilə bilər. Proqrama əsasən, vəsait azı 5 il müddətində ölkədə saxlanmalıdır.


Müraciət edən şəxslərin investisiyanın qanuni mənbədən əldə edildiyini sübut etməsi, cinayət keçmişinin olmaması və milli təhlükəsizlik üçün risk yaratmaması tələb olunur. Yaşayış icazəsi həmçinin investorların ailə üzvlərini də əhatə edəcək.


Qanun layihəsi hazırda ilkin mərhələdədir. Qəbul olunduğu halda, Rumıniya 2026-cı ildən etibarən “qızıl viza” proqramını tətbiq etməyi planlaşdırır.

Baxış sayı: 2 160

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə