Misir nümayəndəsi: İsraillə olan sülhə təhdid yaranıb

Qahirə, 25 sentyabr, ARHD.AZ




Misir nümayəndəsi: İsraillə olan sülhə təhdid yaranıb


“İsrailin Qəzza və bölgədəki hərbi əməliyyatları Misirlə 50 ildən bəri mövcud olan sülhü təhdid edir”.

ARHD.AZ “əş-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasındakı çıxışında Misirin nümayəndəsi, səfir Osama Əbdülxalıq deyib.

O, həmçinin İsraili hərbi əməliyyatları ilə Qəzzada humanitar böhrana səbəb olmaqda ittiham edib.

Qeyd edilməlidir ki, Misir ilə İsrail arasında sülh müqaviləsi 1979-cu il martın 26-da Misir Prezidenti Ənvər Sadat və İsrailin Baş naziri Menahem Begin tərəfindən imzalanıb. Bu sənəd 1978-ci ildəki “Kemp-Devid” razılaşmasına əsaslanıb. ABŞ-ın vasitəçiliyi ilə hər iki ölkə arasında müharibə sona çatıb və təhlükəsizlik barədə razılaşma əldə edilib.

Misir və İsrail son günlər qarşılıqlı ittihamlar irəli sürürlər. Sentyabrın əvvəlində Misir Prezidenti Əbdülfəttah əl-Sisi xəbərdarlıq edərək bildirmişdir ki, İsrailin son əməliyyatları sülhə təhdiddir.

Husilərin atdığı PUA İsraildə 22 nəfəri yaralayıb


Yəməndəki Husilər tərəfindən buraxılan pilotsuz uçuş aparatının (PUA) partlaması nəticəsində İsrailin Eylat şəhərində 22 nəfər yaralanıb.

ARHD.AZ “əş-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, yaralılardan ikisinin vəziyyəti ağırdır.

İsrail tərəfinin bəyanatına görə, bu, son günlərdə Yəməndən həyata keçirilən ikinci PUA hücumudur.

Baxış sayı: 6 791

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə