İtaliyanın Baş naziri Suriyanın lideri ilə görüşüb

Roma, 24 sentyabr, ARHD.AZ





İtaliyanın Baş naziri Suriyanın lideri ilə görüşüb


İtaliyanın Baş naziri Ciorcia Meloni Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşüb.

ARHD.AZ xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb.

Bildirilib ki, görüşdə İtaliyanın sabit və suveren Suriyanın yenidən qurulmasına, o cümlədən İtaliya şirkətlərinin qarşılıqlı maraq doğuran bir çox sektorlara sərmayələri vasitəsilə dəstəyinin əhəmiyyəti qeyd olunub. Baş nazir İtaliya hökumətinin qarşılıqlı əməkdaşlıq fəaliyyətinin inkişafı üçün üzərinə götürdüyü mühüm öhdəlikləri vurğulayıb.

Liderlər Suriya cəmiyyətinin bütün təbəqələrinin daxil edilməsi və qorunması üzərində işləmək zərurəti və suriyalı qaçqınların könüllü və təhlükəsiz geri qayıtmalarını təmin etmək üçün səylərin davam etdirilməsi barədə razılığa gəliblər.

Baxış sayı: 6 805

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə