Tramp: Si Cinpinlə “TikTok” razılaşmasının təsdiqi ilə bağlı irəliləyiş əldə etdik

Vaşinqton, 19 sentyabr, ARHD.AZ




Tramp: Si Cinpinlə “TikTok” razılaşmasının təsdiqi ilə bağlı irəliləyiş əldə etdik


ABŞ Prezidenti Donald Trampla Çinin Sədri Si Cinpin arasında telefon danışığı baş tutub.

ARHD.AZ-ın məlumatına görə, bu barədə Trump “Truth” sosial şəbəkəsində yazıb.

O bildirib ki, tərəflər ticarət, Rusiya ilə Ukrayna arasındakı müharibəni sona çatdırmaq zərurəti və “TikTok” razılaşmasının təsdiqi kimi bir çox vacib məsələlərdə irəliləyiş əldə ediblər.

“Çox yaxşı danışıq idi. Biz yenidən telefonla danışacağıq. “TikTok” razılaşmasının təsdiqini yüksək qiymətləndiririk”, - deyə Tramp əlavə edib.

Baxış sayı: 7 655

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə