İsrail Dohada HƏMAS rəhbərliyinin beş üzvünün olduğu binaya zərbə endirib

Bakı, 9 sentyabr, ARHD.AZ





İsrail Dohada HƏMAS rəhbərliyinin beş üzvünün olduğu binaya zərbə endirib


İsrail Qətərin paytaxtı Dohada yerləşən və HƏMAS hərəkatının azı beş yüksəkvəzifəli nümayəndəsinin olduğu binaya zərbə endirib.

ARHD.AZ xəbər verir ki, “Al Hadath” telekanalının məlumatına görə, zərbə zamanı HƏMAS hərəkatının Qəzza sektorundakı lideri və danışıqlar qrupunun rəhbəri Xəlil əl-Heyya, hərəkatın xarici ofisinin rəhbəri Xalid Məşəl, siyasi bürosunun üzvü Nizar Abdullah və İordan çayının qərb sahilində radikal qrupun komandiri Zaher Cəbarin həlak olub.

Zərbə zamanı binada olan HƏMAS hərəkatının rəhbər şəxslərindən biri Qazi Hamadın aqibətindən isə bir xəbər yoxdur.

Qeyd edək ki, Qətərin Xarici İşlər Nazirliyi İsrailin hücumunu qəti şəkildə pisləyib.

Baxış sayı: 7 663

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə