Azərbaycan MSK Gürcüstanda keçiriləcək seçkiləri müşahidə etməyə dəvət olunub

Tbilisi, 9 sentyabr, ARHD.AZ





Azərbaycan MSK Gürcüstanda keçiriləcək seçkiləri müşahidə etməyə dəvət olunub


Gürcüstan Mərkəzi Seçki Komissiyası ölkədə oktyabrın 4-də keçiriləcək mer və bələdiyyə seçkilərini müşahidə etmək üçün Azərbaycana və digər dövlətlərə, eləcə də beynəlxalq təşkilatlara dəvət məktubu göndərib.

Bu barədə ARHD.AZ-a Gürcüstan MSK-dan məlumat verilib.

Bildirilib ki, Gürcüstan MSK seçkilərin tam şəffaf, azad, ədalətli və demokratik keçirilməsi üçün bütün zəruri tədbirləri həyata keçirir.

Artıq siyasi partiyaların qeydiyyatı başa çatıb. Seçkilərdə iştirak etmək üçün müraciət edən 14 siyasi partiyanın 12-si qeydiyyatdan keçib, onlara seçki öncəsi təbliğat və təşviqat kampaniyası aparmaq üçün şərait yaradılıb.

Yalnız iki partiya seçkilərdə iştirak üçün deputatlığa namizədlərini təqdim etmədiklərinə görə onların qeydiyyatı ləğv olunub.

Baxış sayı: 6 557

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə