Finlandiya Ukraynaya 30-cu hərbi yardım paketi hazırlayır

Bakı, 8 sentyabr, ARHD.AZ




Finlandiya Ukraynaya 30-cu hərbi yardım paketi hazırlayır


Finlandiya hökuməti Ukraynaya növbəti, 30-cu hərbi yardım paketini hazırlayır.

ARHD.AZ xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Petteri Orpo Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta ilə birgə Helsinkidə keçirilən mətbuat konfransında deyib. "Biz artıq Ukraynaya 29 hərbi yardım paketi ayırmışıq. Hazırda isə daha bir paket hazırlayırıq", - deyə o bildirib.

Finlandiyanın Baş naziri Ukraynaya yeni hərbi yardım paketinin hazırlandığını hökumətin dövlət büdcəsini 1 milyard avro ixtisar etmək planları fonunda açıqlayıb. Helsinki 2022-ci ildən bəri Kiyevə ümumilikdə 3,3 milyard avro dəyərində silah və digər hərbi texnika göndərib.

Baxış sayı: 4 439

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə