Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Ukrayna ilə bağlı aparılan sülh danışıqlarını müzakirə ediblər

Ankara, 20 avqust, ARHD.AZ




Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Ukrayna ilə bağlı aparılan sülh danışıqlarını müzakirə ediblər


Avqustun 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin ilə telefonla danışıb.

ARHD.AZ Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinə istinadla xəbər verir ki, Rusiya lideri ilə söhbət zamanı Alyaskada keçirilən yüksəksəviyyəli Rusiya-Amerika danışıqlarının yekunları, eləcə də ticarət münasibətləri də daxil olmaqla, ikitərəfli gündəlikdə duran məsələlər müzakirə edilib.

Türkiyə lideri Rusiya Prezidentinə Ankaranın Ukraynada sülh prosesinin irəliləyişinə yönəlmiş səyləri diqqətlə izlədiyini bildirib və ölkəsinin müharibənin ilk günlərindən Kiyevlə Moskva arasında sülhün əldə olunmasının zəruriliyi ilə bağlı mövqeyində səmimi olduğunu vurğulayıb.

Eyni zamanda, Rəcəb Tayyib Ərdoğan Ankaranın bütün maraqlı tərəflərin iştirakı ilə sülhün təmin edilməsinə dair səyləri dəstəkləməyə hazır olduğunu qeyd edib.

Rusiya Prezidenti öz növbəsində İstanbul prosesinə diqqət çəkərək, Rəcəb Tayyib Ərdoğana göstərdiyi səylərə və sülh danışıqları üçün platforma təqdim etdiyinə görə minnətdarlığını bildirib.

Türkiyə və Rusiya liderləri iki ölkə arasında dialoq kanallarını açıq saxlamaq barədə razılığa gəliblər.

Baxış sayı: 5 682

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə