Belqrad, 19 avqust, ARHD.AZ
Serbiya Prezidenti Milli Təhlükəsizlik Şurasının iclasını keçirib
Serbiya Prezidenti Aleksandar Vuçiçin sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası olub.
ARHD.AZ xəbər verir ki, Prezident sarayında keçirilən iclasda ölkənin Baş naziri Duro Macut, Milli Assambleyanın sədri Ana Brnabiç, müdafiə, daxili işlər, ədliyyə nazirləri, Baş Qərargah rəisi, polis bölmələrinin rəhbərləri, prokurorluq və məhkəmə orqanlarının nümayəndələri iştirak ediblər.
Toplantı barədə mətbuata açıqlama verilməyib.





















