İtaliyada ilin əvvəlindən 851 meşə yanğını olub, 56,2 min hektar sahə yanıb

Roma, 10 avqust, ARHD.AZ




İtaliyada ilin əvvəlindən 851 meşə yanğını olub, 56,2 min hektar sahə yanıb


İtaliyada ilin əvvəlindən iyulun 31-dək ümumilikdə 851 meşə yanğını baş verib.

ARHD.AZ  xəbər verir ki, bu barədə ətraf mühitin mühafizəsi ilə məşğul olan “Legambiente” assosiasiyasının hesabatında deyilir.

Bildirilir ki, hesabat dövründə ümumilikdə 56,2 min hektar meşə sahəsi yanıb. Bu ərazi 78 min 800 futbol meydançasına bərabərdir. Milli parklar və mühafizə olunan meşə ərazilərində isə 253 yanğın hadisəsi baş verib. Yanğınlar ən çox ölkənin cənub hissəsindəki Siciliya, Kalabriya, Apuliya, Basilikata, Kampaniya və Sardiniya regionlarında qeydə alınıb.

Qeyd edək ki, ötən ilin analoji dövründə İtaliyada 1515 yanğın olub, 50 min 802 hektar sahə yanıb.

Baxış sayı: 6 548

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə