İtaliyada dənizkənarı kurort bölgədə yanğın olub, 600 nəfər təxliyə edilib

Roma, 10 iyul, ARHD.AZ



İtaliyada dənizkənarı kurort bölgədə yanğın olub, 600 nəfər təxliyə edilib


İtaliyanın Kastiqlione della Peskaya bölgəsində turist düşərgəsi ərazisində yanğın baş verib.

ARHD.AZ xəbər verir ki, alov evlər və yaşayış yerləri olan təxminən bir hektar şam meşəsini bürüyüb. Tüstü geniş əraziyə yayılıb, turistlərin böyük narahatlığına səbəb olub. Təxminən 600 nəfər düşərgədən təxliyə edilib.

Yanğının söndürülməsinə 5 helikopter və mülki müdafiə qüvvələri cəlb olunub. Düşərgədəki idman zalında ilkin tibbi yardım və toplama məntəqəsi yaradılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin ətraf mühitə və infrastruktura ciddi ziyan dəyib. Yanğının nasaz su qurğusundan baş verdiyi güman edilir.

Baxış sayı: 5 448

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə