ABŞ-ın 20 ştatı Tramp administrasiyasını məhkəməyə verib

Bakı, 2 iyul, ARHD.AZ




ABŞ-ın 20 ştatı Tramp administrasiyasını məhkəməyə verib


Kaliforniya başda olmaqla, ABŞ-ın 20 ştatı Prezident Donald Trampın administrasiyasını məhkəməyə verib.

ARHD.AZ xəbər verir ki, bu barədə Kaliforniya ştatının baş prokuroru Rob Bontanın mətbuat xidməti məlumat yayıb.

“Baş prokuror çoxheyətli koalisiyaya rəhbərlik edərək Səhiyyə Nazirliyinin ICE miqrasiya xidməti də daxil olmaqla, Daxili Təhlükəsizlik Nazirliyinə şəxsi tibbi məlumatlara məhdudiyyətsiz giriş imkanının verilməsi barədə qərarına qarşı vəsatət qaldırıb”, – deyə press-relizdə bildirilir.

Bəyanatda deyilir ki, məlumatların kütləvi şəkildə ötürülməsi ABŞ-ın məxfilik qanunlarını pozur və insanları mütəxəssislərdən təcili yardım istəməkdən çəkindirə bilər.

Kaliforniya ştatı bundan əvvəl də iğtişaşları yatırmaq üçün Los-Ancelesə Milli Qvardiyanın yerləşdirilməsi qərarına görə Donald Tramp administrasiyasını məhkəməyə vermişdi.

Baxış sayı: 4 426

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə