İstanbul, 20 iyun, ARHD.AZ





Türkiyə Prezidentinə İƏT Gənclər Forumunun ali mükafatı təqdim edilib


İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (ICYF) “Ali Gənclər Mükafatı”nın təqdimetmə mərasimi keçirilib.

ARHD.AZ xəbər verir ki, tədbirdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ICYF-in 20 illik fəaliyyətini yüksək qiymətləndirərək, əhatə etdiyi sahələrin istər hüquqi, istərsə də bəşəri dəyərlər baxımdan əhəmiyyətini vurğulayıb.

İslam dünyasının çətin dövrdən keçdiyini bildirən Türkiyə Prezidenti sivilizasiyamızın səmalarını müharibə, qarşıdurma və sabitsizlik buludlarının bürüdüyünü deyib. Bölgədə baş verən qarşıdurmaları xatırladan Rəcəb Tayyib Ərdoğan ölkəsinin sülh yolunda atılacaq hər addıma hazır olduğunu, bütün fikir ayrılıqlarının yeganə həllinin diplomatiya və danışıqlardan keçdiyini bir daha xatırladıb.

Mərasimdə gənclərin inkişafına göstərdiyi sədaqət və müstəsna töhfələrinə görə Türkiyə Prezidentinə ICYF-in “Ali Gənclər Mükafatı” təqdim edilib.

Tədbirdə dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət rəsmiləri, o cümlədən xarici işlər nazirləri iştirak ediblər.

Baxış sayı: 5 436

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə