İsrailin İrana hücumu fonunda neftin qiyməti kəskin bahalaşıb

Bakı, 13 iyun, ARHD.AZ




İsrailin İrana hücumu fonunda neftin qiyməti kəskin bahalaşıb


İsrailin İrana hücumundan sonra dünya birjalarında neftin qiyməti kəskin bahalaşıb.

ARHD.AZ xəbər verir ki, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda “Brent” markalı neftin qiyməti 6 faizdən çox bahalaşaraq yanvarın sonundan bəri ilk dəfə olaraq bareli 77 dollar həddini keçib. Eyni zamanda, “West Texas Intermediate” (WTI) xam neftinin qiymətində 6 faiz artım qeydə alınıb.

İsrailin İrana zərbələrindən sonra ABŞ və Asiya indeksləri dəyər itirməyə, İsveçrə frankı və qızılın dəyəri isə artmağa başlayıb.

Qeyd edək ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə infrastrukturu və hərbi obyektlərinə zərbələr endirib. Təl-Əviv hava hücumlarının əməliyyatın ilk mərhələsi olduğunu bildirib. İsrailin Baş naziri Benyamin Netanyahu ordunun qarşısına qoyulan missiya yerinə yetirilənə və İran təhlükəsi dəf edilənədək əməliyyatın davam edəcəyini deyib. Eyni zamanda, İranın mümkün cavab zərbələri ilə əlaqədar İsraildə fövqəladə vəziyyət rejimi elan edilib.

Baxış sayı: 5 344

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə