Türkiyə Prezidenti: İndoneziyaya 48 ədəd KAAN təyyarəsi tədarük ediləcək

Ankara, 11 iyun, ARHD.AZ




Türkiyə Prezidenti: İndoneziyaya 48 ədəd KAAN təyyarəsi tədarük ediləcək


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beşinci nəsil KAAN təyyarələrinin 48 ədədinin İndoneziyaya tədarükü üçün müqavilə bağlandığını açıqlayıb.

ARHD.AZ xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan sosial şəbəkələrdəki paylaşımında Türkiyənin TUSAŞ şirkəti tərəfindən hazırlanmış hərbi təyyarələrin ixracına dair müqavilənin Cakartada keçirilən “INDO Defence 2025” müdafiə sərgisi çərçivəsində imzalandığını bildirib.

O, İndoneziya Prezidenti Prabovo Subiantoya müdafiə müqaviləsinin imzalanmasına verdiyi töhfəyə görə təşəkkürünü bildirib. Türkiyə lideri paylaşımında yazıb: “Dost və qardaş İndoneziya ilə razılaşmaya uyğun olaraq, Türkiyə 48 ədəd KAAN təyyarəsi ixrac edəcək. İndoneziyanın malik olduğu imkanlar onların istehsalında istifadə olunacaq”.

Türkiyə Prezidenti, həmçinin Müdafiə Sənayesi Müdirliyi və TUSAŞ-ı ölkənin rekord qıran müdafiə ixracı müqaviləsinə görə təbrik edib.

TUSAŞ daha əvvəl bildirmişdi ki, ilk seriyalı KAAN təyyarəsi 2028-ci ildə sifarişçilərə təhvil verilə bilər.

Baxış sayı: 4 340

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə