Avrozonada investorların inam indeksi bir ilin maksimumuna yüksəlib

Roma, 10 iyun, ARHD.AZ




Avrozonada investorların inam indeksi bir ilin maksimumuna yüksəlib


Avrozonada investorların inam indeksi son bir ilin maksimum səviyyəsinə yüksəlib.

ARHD.AZ xəbər verir ki, investorların may ayında mənfi 8,1 olan inam indeksi iyunda 0,2 olub. Bu, 2024-cü ilin iyun ayından bəri ən yüksək səviyyədir. Bazar proqnozları isə indeksin mənfi 6 səviyyəsinə yüksələcəyi istiqamətində idi.

İnvestorların qarşıdakı 6 ay üzrə proqnozlarına yer verilən gözləntilər indeksi də 3,8-dən 14,3-ə yüksəlib. Beləliklə indeks son iki ayda 30,1 bənd artıb.

Cari vəziyyət indeksi isə mənfi 19,3-dən mənfi 13-ə yüksələrək ötən ilin iyunundan bu vaxtadək ən yüksək səviyyəyə çatıb.

Baxış sayı: 6 461

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə