Böyük Britaniya hökuməti yeni nüvə elektrik stansiyası üçün 14,2 milyard funt sterlinq ayırıb

London, 10 iyun, ARHD.AZ



Böyük Britaniya hökuməti yeni nüvə elektrik stansiyası üçün 14,2 milyard funt sterlinq ayırıb


Böyük Britaniya hökuməti Suffolk sahilində, Leiston şəhəri yaxınlığında yeni “Sizewell C” nüvə elektrik stansiyasının tikintisi üçün 14,2 milyard funt sterlinq sərmayə ayıracağını açıqlayıb.

ARHD.AZ BBC-yə istinadla xəbər verir ki, stansiya mövcud “Sizewell A” və “Sizewell B” nüvə obyektlərinin yanında inşa ediləcək.

Maliyyə naziri Reyçel Rivz bu qərarı tarixi addım adlandırıb. Energetika naziri Ed Miliband isə bildirib ki, bu layihə hökumətin təmiz enerji üzrə missiyasının real göstəricisidir. Layihənin maliyyələşdirmə modelinə dair yekun qərarın yay aylarında açıqlanacağı gözlənilir.

“Sizewell C” stansiyasının tikintisi on ildən çox çəkəcək və tam istismara verildikdən sonra altı milyon ev təsərrüfatını elektrik enerjisi ilə təmin edəcək gücdə olacaq.

Lakin bəzi təzyiq qrupları layihənin real maliyyə yükünün hələ açıqlanmadığını bildirir və qeyd edirlər ki, özəl sərmayədarlarla danışıqlar tam başa çatmayıb.

Hazırda Böyük Britaniyada doqquz nüvə reaktoru fəaliyyət göstərir, lakin onların əksəriyyəti köhnəlib və səkkizi bu onilliyin sonunadək bağlanacaq. Ən yenisi “Sizewell B” 30 il əvvəl istifadəyə verilib. Bu reaktorlar ötən il ölkənin elektrik enerjisi tələbatının təxminən 14 faizini təmin edib.

Baxış sayı: 6 544

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə