Ukraynaya rekord sayda hava hücumu edilib, 10-dan çox mülki şəxs həlak olub

Kiyev, 25 may, ARHD.AZ


Rusiya 300-ə yaxın pilotsuz uçuş aparatı və çoxsaylı raketlərdən istifadə edərək Ukraynaya rekord sayda hava hücumu həyata keçirib.

Bu barədə ARHD.AZ Ukrayna Hərbi Hava Qüvvələrinə istinadla məlumat yayıb.

Hava hücumları Rusiya Federasiyasının Kursk vilayətindən 9 ədəd “İskəndər-M-KN-23” ballistik raketi, Saratov vilayətindən və Qara dənizdən buraxılan “Tu-95” və “Tu-160” strateji aviasiya təyyarələrindən 55 ədəd Kh-101 və Kalibr qanadlı raketləri, Qara dəniz üzərində Tu-22M3-dən 1 ədəd X-22 raketi, Şimal istiqamətindən taktiki təyyarələrdən 4 ədəd Kh-59/69 idarə olunan raketləri, 298 “Şahed” və digər növ hücum pilotsuz təyyarələri ilə reallaşdırılıb.

Hücum nəticəsində 10-dan çox mülki şəxs həlak olub, onlar arasında uşaqlar da var.

Ukrayna hava hücumundan müdafə üçün aviasiya, zenit-raket qüvvələrindən, elektron döyüş bölmələri və mobil atəş qruplarından istifadə edib

Həmçinin, Rusiyanın 266 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. Onlardan 139-u atəşlə məhv edilib, 127-si elektron sistemlərlə söndürülüb.

Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesablarında məlumat verib ki, Ukraynanın paytaxt Kiyev də daxil olmaqla, 30 şəhər və kəndinə ziyan dəyib.

Baxış sayı: 7 383

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə