Avropa Şurasının Prezidenti Şimali Makedoniyanın gələcəyini Aİ-də görür

Skopye, 15 may, ARHD.AZ


Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta Şimali Makedoniyanın gələcəyinin Aİ-yə üzvlükdə olduğunu bildirib.

ARHD.AZ xəbər verir ki, Antonio Koşta Qərbi Balkan regionu ölkələrinə səfəri çərçivəsində Şimali Makedoniyada Baş nazir Kristian Miskoski ilə görüşüb. Antonio Koşta Aİ-nin genişlənmə planının hər bir ölkənin paylaşdığı ümumi məqsəd olduğunu bildirib.

Baş nazir Kristian Miskoski isə ölkəsinin Avrointeqrasiya öhdəliyinin olduğunu deyib, Avropa Şurasının Prezidentinin regiona səfərini bu ölkələrin Aİ-yə üzvlük prosesinə dəstək kimi qiymətləndirib.

Qeyd edək ki, Antonio Koşta Qərbi Balkan regionu ölkələrinə səfəri çərçivəsində Serbiya, Bosniya və Herseqovina, Monteneqro və Kosovoda olub, Şimali Makedoniyadan sonra Albaniyaya səfər edəcək.

Baxış sayı: 3 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə