Ukrayna müdafiə qüvvələri Donetsk vilayətinin Pokrovsk istiqamətində vəziyyəti sabitləşdirib

Kiyev, 6 may, ARHD.AZ



Ukrayna müdafiə qüvvələri Donetsk vilayətinin Pokrovsk istiqamətində vəziyyəti sabitləşdirib


Müdafiə qüvvələri Donetsk vilayətinin Pokrovsk istiqamətində vəziyyəti sabitləşdirib.

ARHD.AZ xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sirski özünün “Telegram” səhifəsində məlumat verib.

“Pokrovsk istiqaməti Rusiya – Ukrayna müharibəsinin ağır cəbhələrindən biridir”, - deyə o yazıb.

Onun sözlərinə görə, müdafiə qüvvələrinin döyüşçüləri Donetsk vilayətinin bu əməliyyat zonasında vəziyyəti sabitləşdirməyi bacarıblar, hətta bəzi yerlərdə strateji üstünlük əldə ediblər.

A.Sirski, həmçinin bildirib ki, ordu bölmələrinə işgüzar səfəri zamanı 425-ci alayın hərbçiləri baş komandanın fəxri mükafatları ilə təltif olunublar.

Baxış sayı: 63

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə