Tramp: Husiləri bombalamağı dayandıracağıq

Vaşinqton, 6 may, ARHD.AZ

ABŞ Prezidenti Donald Tramp husilərin döyüşü dayandırdığını elan etdiklərini açıqlayıb.

ARHD.AZ-ın məlumatına görə, ABŞ Prezidenti bu barədə Kanadanın Baş naziri Mark Karni ilə görüşü zamanı jurnalistlərə deyib. O, bazar ertəsi gecəsi yaxşı xəbərlər aldığını bildirib.

“Husilər daha döyüşmək istəmədiklərini açıqladılar. Onlar sadəcə döyüşmək istəmirlər və biz bunu qəbul edəcəyik. Biz də bombalamanı dayandıracağıq. Onlar təslim oldular. Husilər deyirlər ki, daha gəmiləri partlatmayacaqlar. Bizim bu işi etməkdə məqsədimiz də elə bu idi”, - deyə Tramp əlavə edib.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə