Türkiyənin vitse-prezidenti: Ankara ABŞ tariflərinin iqtisadiyyata təsirini yaxından izləyir

Ankara, 21 aprel, ARHD.AZ



Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib ki, rəsmi Ankara ABŞ-ın tarifləri dəyişməsi və onların ölkə iqtisadiyyatına təsiri ilə bağlı prosesləri diqqətlə izləyir.

ARHD.AZ xəbər verir ki, o, Türkiyənin İqtisadi Koordinasiya Şurasının iclasının keçirildiyi Giresun şəhərində ticarət müharibələri mövzusunu şərh edib.

Siyasətçi əmin edib ki, Türkiyə hökuməti lazım gələrsə, qlobal ticarətdə böhranların təsirini minimuma endirmək üçün bütün lazımi addımları atacaq. “Belə vaxtlarda proseslərə məhəl qoymamaq və avtomatik pilotla hərəkət etmək olmaz. Dinamik həll yollarına ehtiyac var”, -deyən vitse-prezident Türkiyənin bu mövzuda bir çox başqa ölkələrdən daha yaxşı vəziyyətdə olduğuna diqqət çəkib.

C.Yılmaz Türkiyədə güclü daxili bazarın mövcudluğunu diqqətə çatdırıb və qeyd edib ki, bu, xarici faktorların mənfi təsiri riskini azaldır.

Baxış sayı: 4 509

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə