
Vaşinqton, 17 aprel, ARHD.AZ
Tramp İtaliyaya səfər edəcək
ABŞ Prezidenti Donald Tramp İtaliyaya səfər edəcək.
ARHD.AZ-ın məlumatına görə, bu barədə İtaliyanın Baş naziri Corciya Meloni Ağ evdə Trampla görüşü zamanı açıqlayıb. O bildirib ki, ABŞ Prezidenti onun ölkəsinə rəsmi səfərlə bağlı dəvətini qəbul edib. Lakin səfərin tarixi açıqlanmayıb.
Qeyd edək ki, ABŞ vitse-prezidenti Ceym Devid Vance cümə günü Romaya səfər edəcək.