
Nyu-York, 9 aprel, ARHD.AZ
Donald Tramp Çinə tətbiq etdiyi tarifi 125 faizə yüksəldib
ABŞ Prezidenti Donald Tramp Çinə tətbiq etdiyi tarifi 125 faizə yüksəltdiyini açıqlayıb.
ARHD.AZ-ın məlumatına görə, o yeni tarifin dərhal qüvvəyə minəcəyini bildirib. Tramp bu addımı Çinin dünya bazarlarına hörmətsizlik etməsini əsas gətirərək atdığını bəyan edib.
“Yaxın gələcəkdə Çin başa düşəcək ki, ABŞ-ı və digər ölkələri talamaq artıq dayanıqlı və ya qəbuledilən deyil”,- deyə Tramp əlavə edib.