Numan Kurtulmuş: Türkiyə gələcək qlobal güc mərkəzlərindən birində yerləşib

Ankara, 8 aprel, ARHD.AZ



“Türkiyənin yerləşdiyi bölgə qlobal güc mərkəzlərindən birinə çevriləcək. Bu regionun sərhədləri Cənubi Qafqaz, Balkanlar, Mərkəzi Asiya və Yaxın Şərqi əhatə edəcək”.

ARHD.AZ xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Özbəkistanda jurnalistlərlə söhbətində bildirib.

Onun sözlərinə görə, yeni dünya düzənində Türkiyə “ulduzu xüsusilə parlaq olacaq” 4-5 dövlət arasında yer alacaq.

“Əminəm ki, heç bir dövlət, bölgə və ya qitə dünya proseslərini daha təkbaşına idarə edə bilməyəcək”, - deyə TBMM spikeri qeyd edib.

Eyni zamanda, o, “daha ədalətli və səmərəli dünya münasibətləri sisteminin” formalaşmasının mümkünlüyünə əminliyini ifadə edib.

“Yeni dünya nizamının əsasında “ədalət” prinsipi olmalıdır. Tarix güclü deyil, haqlı olan dövlətlər tərəfindən yazılmalıdır. Ərazisindən və gücündən asılı olmayaraq bütün ölkələr bərabərhüquqlu olmalıdır”, - deyən N.Kurtulmuş, mövcud dünya münasibətləri sisteminin müasirliyin çağırışlarına cavab vermədiyini vurğulayıb.

 
Baxış sayı: 6 379

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə