İran XİN: Tehran heç vaxt nüvə silahı hazırlamayacaq

Bakı, 7 aprel, ARHD.AZ



İran nüvə silahı istehsal etməyəcək, çünki bu, ölkə rəhbərliyi tərəfindən qadağan edilib.

ARHD.AZ xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bunu iranlı deputat Məhəmməd Qasim Osmaninin Qərblə danışıqlarda “bərabərliyi” təmin etmək üçün nüvə silahı hazırlamaq təklifini şərh edərkən deyib.

“İran heç vaxt və heç bir halda nüvə silahı hazırlamaq yolunu tutmayacaq. Bu, ölkənin Ali rəhbəri Ayətullah Əli Xameneinin fətvasına əsaslanan strategiyamızın tərkib hissəsidir. Bu məsələdə heç bir şübhə yoxdur və ola da bilməz”, - deyə diplomat jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

Qeyd edək ki, İran İslam Respublikasında nüvə silahının hazırlanması 2003-cü ildə Ayətullah Əli Xameneinin fərmanı ilə rəsmən qadağan edilib.

Baxış sayı: 4 461

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə