Avropa İttifaqı İordaniyaya 500 milyon avro kredit ayırıb

Qahirə, 2 aprel, ARHD.AZ



Avropa İttifaqı İordaniyaya 500 milyon avro kredit ayırıb


Avropa İttifaqı İordaniyaya Makroiqtisadi Maliyyə Yardımı (MFA) proqramı çərçivəsində 500 milyon avro məbləğində kredit ayırıb.

ARHD.AZ “əl-Məmləkə” telekanalına istinadla xəbər verir ki, bununla bağlı qərar dünən Avropa Parlamentinin iclasında təsdiq olunub.

Bu, Avropa İttifaqının 2013-cü ildən bəri İordaniyaya ayırdığı dördüncü yardım paketidir. Bildirilir ki, bu maliyyə yardımı paketi İordaniyanın mövcud iqtisadi və maliyyə çətinliklərinin öhdəsindən gəlməsinə kömək məqsədilə Avropa Komissiyası tərəfindən 2025-ci ilin yanvar ayında elan edilib.

Baxış sayı: 3 423

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə