Media: Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 2 min 700 nəfəri ötüb

Bakı, 1 aprel, ARHD.AZ



Myanmada güclü zəlzələ nəticəsində ölənlərin sayı 2 min 700 nəfəri ötüb.

ARHD.AZ xəbər verir ki, Çinin Mərkəzi Televiziyası bu barədə axtarış-xilasetmə əməliyyatlarının saytına istinadla məlumat yayıb. Məlumata görə, indiyədək dağıntıların altından 2 min 719 cəsəd çıxarılıb.

Çinin Myanmadakı səfirliyi zəlzələ nəticəsində azı üç vətəndaşının öldüyünü, 14 nəfərin isə yaralandığını təsdiqləyib.

ÇXR Sədri Si Cinpin zəlzələnin nəticələrinin aradan qaldırılmasını dəstəkləməyə və təbii fəlakətdən zərər çəkən sakinlərə yardım göstərməyə hazır olduğunu bildirib. Pekin, həmçinin qonşu ölkəyə 100 milyon yuan (13,8 milyon dollar) həcmində humanitar yardım ayıracağını vəd edib.

Baxış sayı: 3 503

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə