Tramp: Qlobal təhlükəsizlik naminə ABŞ Qrenlandiyaya sahib olmalıdır

Vaşinqton, 29 mart, ARHD.AZ


“Qlobal təhlükəsizlik naminə ABŞ Qrenlandiyaya sahib olmalıdır”.

ARHD.AZ-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, Qrenlandiya üzərində nəzarət təkcə ABŞ deyil, bütün dünya üçün sülh məsələsidir.

"Qrenlandiya boyunca hər yerdə döyüş gəmiləriniz var. Biz buna imkan verməyəcəyik. Qrenlandiyaya nəzarətimiz olmasa, böyük beynəlxalq təhlükəsizlikdən danışa bilmərik”, deyə Tramp əlavə edib.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens və xanımı Uşa Vens Qrenlandiyaya səfər ediblər.

Baxış sayı: 3 426

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə