Ankara, 28 mart, ARHD.AZ



Əminə Ərdoğan: Bəşəriyyətin ekologiya gündəliyinə ədalətli yanaşmaya ehtiyacı var


Bəşəriyyətə bütün ölkələrin səylərinin ədalətli bölgüsü prinsipinə əsaslanan sistemli yanaşma lazımdır. Bu, hər bir sahəyə, o cümlədən ekoloji problemlərin həllinə aiddir.

ARHD.AZ xəbər verir ki, bunu Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının Beynəlxalq Sıfır Tullantı Gününə həsr olunmuş xüsusi tədbirində çıxışı zamanı deyib.

BMT-nin Baş katibi Antonio Quterreşin də daxil olduğu tədbir iştirakçıları qarşısında çıxış edən Əminə Ərdoğan planetin gələcəyi üçün bütün dövlətlərin məsuliyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, iqlim dəyişikliyinin mənfi nəticələri dünyanın müxtəlif yerlərində fərqli şəkildə hiss olunur.

Türkiyənin birinci xanımı deyib: "Bu gün ətraf mühitə demək olar ki, heç bir mənfi təsiri olmayan ölkələrin ekoloji problemlərin nəticələrini digərlərindən daha çox hiss etdiklərinin şahidi oluruq. Üstəlik, bəzi ölkələr tamamilə yox olmaq təhlükəsi ilə üz-üzədir”.

O vurğulayıb ki, Dayanıqlı İnkişaf Məqsədlərinə yalnız dialoq və bütün dövlətlərin bərabər və səmərəli iştirakı ilə nail olmaq olar. “Yer kürəsi bizim ümumi evimizdir və problemlərin həlli üçün birlikdə çalışmalıyıq”, -deyən Ə.Ərdoğan Türkiyənin təşəbbüsü ilə 2017-ci ildə "Sıfır Tullantı" layihəsinin həyata keçirildiyini xatırladıb. Bu, ölkəyə qısa müddət ərzində 74 milyon tondan çox tullantı emal etməyə və 23 milyon insan üçün ekoloji təlimlərin təşkilinə imkan verib.

Baxış sayı: 6 536

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə