Ordu komandanı: Sudan ordusu paytaxt Xartumda nəzarəti tamamilə ələ alıb

Qahirə, 26 mart, ARHD.AZ


Sudan ordusu paytaxt Xartumu üsyançı silahlı qruplaşmadan tamamilə azad edib. Sudan Suverenlik Şurasının sədri, ordu komandanı Əbdülfəttah əl-Burhanı gətirən təyyarə ölkədə müharibə başlanandan bəri ilk dəfə olaraq Xartum beynəlxalq aeroportuna enib.

ARHD.AZ Sudan Xəbər Agentliyinə istinadla bildirir ki, bu barədə Sudan Suverenlik Şurasının sədri, ordu komandanı Əbdülfəttah əl-Burhan bu yaxınlarda üsyançı çevik dəstək qüvvələrindən təmizlənmiş Prezident Sarayında bəyan edib.

Qeyd olunur ki, Sudan ordusu əl-Cəzirə vilayətinin şimalındakı kəndlərə və Xartum vilayətinin cənubuna doğru irəliləyir.

Baxış sayı: 3 459

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə