25 mart 2025  ARHD.AZ

BMT Qara dənizdə gəmiçilik təhlükəsizliyinə dair razılaşmaları alqışlayıb


BMT Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün Rusiya, ABŞ və Ukraynanın əldə etdiyi razılaşmaları alqışlayır.

“ARHD.AZ” xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

O, məsələ ilə bağlı sualı cavablandırarkən bildirib: “Biz bəyanatları gördük, təbii ki, alqışlayırıq”.

Onun sözlərinə görə, BMT Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsində iştirakı ilə bağlı hər hansı məlumatı paylaşmağı tez hesab edir: “Hər hansı əlavə məlumatı paylaşmaq hələ tezdir”.

Baxış sayı: 4 528

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

[email protected]

Məzənnə