Kaxa Kaladze: USAID və NED Gürcüstanı alt-üst etmək istəyirdilər

Tbilisi, 25 mart, ARHD.AZ


ABŞ-ın əvvəlki administrasiyası tərəfindən maliyyələşdirilən USAID və NED Gürcüstanı alt-üst etmək istəyirdilər. Onlar bunun üçün xeyli miqdarda maliyyə vəsaiti də ayırmışdılar.

ARHD.AZ xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Tbilisi şəhərinin meri və “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi Kaxa Kaladze söyləyib.

Onun sözlərinə görə, bu iki təşkilat artıq ölkə daxilində iğtişaşların qızışdırılmasını maliyyələşdirə bilməz, hazırda onlara bağlı başqa mənbələr də araşdırılıb.

“USAID və NED ölkəmizdə iğtişaşlar yaratmaq istəyən ilk təşkilatlar idi. Bu təşkilatlar müxtəlif ölkələrdə dövlət çevrilişlərini maliyyələşdirməklə məşğul olublar və onların arasında Gürcüstanın da adı çəkilib. Təbii ki, indi maliyyələşmə dayandırılıb. Amma bu təşkilatlar illərdir maliyyələşdirdiklərini maliyyə yardımı ilə təmin ediblər. Mən parlament seçkilərini kimin maliyyələşdirdiyini misal çəkmək istərdim. Bir daha təkrar etmək istəyirəm: biz heç kimə ölkəni alt-üst etməyə imkan verməyəcəyik”, – deyə Kaxa Kaladze vurğulayıb.

Baxış sayı: 2 500

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]

Məzənnə